ANANIN HAQQ SƏSİ ÇİN OLACAQ
Mübarək, əziz günlərdə üzümüzü Allaha tutub
dua edirik ki, gələcək nəsillər doğma Vətənimizi
ədəbi, müstəqil. Azad, xoşbəxt görsünlər və
bu parlaq gələcəyin təməlini qoyanları heç vaxt
unutmasınlar.
Çingiz Mustafayev! Bu ad çağdaş durumda əfsanəyə
dönüb, əbədiləşib. Saxlancımızda onun bizə və
gələcək nəsillərə neçə-neçə müqəddəs zəmanətləri
qorunmaqdadır. Həmişə gənc, enerjili həmişə
çevik Çingiz! Deyirlər, onun saçları da sözə
baxmayan olub. Telləri biz-biz durarmış. Bəlkə
onun saçları da daim duyuq saç ömrü yaşayıb?!
Bir az keçmişə boylanaq. Ekrandan Çingiz görünür.
Öz yeni çəkilişləri ilə birgə, hər bir azərbaycanlının
evinə yeni sürpirizlər gətirdiyi anlar xatırlanır.
Deyirlər «Anaya bənzər oğul xoşbəxt olur». Bəndəniz
bu əminliy qəhrəmanımızın anası Naxışın iyunun
15-də televiziya ilə etdiyi çıxışında dərk etdi.
İlahi, oğul da anaya bənzər?! Düzü, özümü ələ
ala bilmədim. Fikirləşdim ki, o nəinki cizgiləri,
həm də qüruru, vüqarı daxili əzəməti ilə İNSAN
MƏNƏVİYYATINI, İNSAN BÜTÖVLÜYÜNÜ ortaya qoydu.
9 ilin ayrılıq astanasında sən göz yaşı axıtmadın!
Sən ana böyüklüyünə bürünərək n azə oturuşunla-duruşunla
bizlərə nümunə oldun, Naxış ana! Sən ey müqəddəs
qadın, sən ey Allahın yaratdığı insan övladı!
Bir neçə dəqiqə içindəkiləri dilə gətirməklə
milyonların qəlbinə yol açdın, möcüzələşdin!..
Ana – Vətən deməkdir. Çingiz müqəddəs ocağın
yetişdirməsidir. Çingizin ilk təam qisməti pak,
halal ana südü olub. Elə bu hala qisməti, halal
Tanrı payı Çingizin ömür cığırına nur çiləyib
Anası qədər sevdiyi Vətəninin müdafiəsi uğrunda
döyüşə yollanıb. Müdriklər sözü bu anlar sapa
düzülür.
Deyirlər güllənin səsi bir an çəkir və çox uzağa
getmir. Qələmin səsi isə əsrlər boyu əks səda
doğurur. Çingizin lentlərdə qalan səsini dinləyəndə
sanki canlı roman oxuyursan. 1991-ci ilin iyun
ayı. Söz vaxtına çəkər. Naxış ana o günləri
unuda bilomir. Bəlkə o anlar evində bir başıpapaqlı
tapa bilmədiyini xatırlayır, - Seyfulla, Çingiz,
Vahid! Hər üçünü Qarabağ qeyrəti boğurdu. Bu
da taleyin bir naxışıdı, Naxış ana!
Onsuz da bir az tez-bir az gec, hər birimiz
dünyamızla vidalaşmağa hazırıq. Çingizin vidası
bizlərin vidasına bənzəmir! Onun vidası kişi
vücudunu «öncə Vətən» uğrunda hikmətə qurban
deyən vida oldu!
Bizlərin evinə televiziya vasitəsilə tez-tez
qonaq gələn Çingiz! Sən adi qəhrəman deyilsən!
Qəhrəmanlığın adına kölgə salan birisi də deyilsən
– Bütöv Azərbaycan xislətli bütöv kişilər cərgəsindənsən
sən!
Sən bütöv Azərbaycan analarının həsrətlədiyi
oğulsan! Sən müstəqilliyimizin təməlini qoyanlara
qoşulub onların ocağına qovuşdun! Vücudunu əmanətləyən
Şəhidlər Xiyabanında əzizlənənlərin arasında
sıralananlara qoşuldun, Çingiz!.
Ruhun dolaşan, vücudun uyuyan ocağa and olsun
ki, içində haqq dünyasına apardığın arzuların
çin olacaq!
Natella ASENA
“TƏZADLAR” qəzeti.
3-10 iyul, 2001.