«DÜNYAYA BAXDIM GÖZLƏRİM DOLDU»
İki ilin söhbətidir: istedadlı telejurnalist
Çingiz Mustafayev haqqında nəsə yazmaq istəyi
məni rahat buraxmırdı. Şəhidlər xiyabanında
uyuyan Çingizin qəbri üstə getdim. Orada şəhidə
ünvanlanmış açıq məktub gördüm. Götürüb pıçıltıyla
oxudum ki, qoy küləklər bu isti məhəbbət dolu
sözləri Çingizin göylərdə dolanan ruhuna yetirsin.
Vərəq Çingizə yaraşası nikbin duyğularla dolu
idi. Və hiss etdim ki, yazmaq istədiyimdən yüksək
olan bu məktubu redaksiyaya təqdim edim. Məktub
müəllifi indi də tanımadığın 18 yaşlı Rəmziyyə
adlı bir qız idi. O məktubu dərc etdirdim və
qəlbim qismən rahətlandı.
İndi isə - avqustun 29-u Çingizin 34 yaşı tamam
olur.
Və mən də öz ruhumu çarmıxa çəkən adamam
Mən də öz əcəlimlə ölmək üçün doğulmamışam
Əcəliylə ölmək üçün doğulurmu peyğəmbərlər,
şairlər.
Doğulursa, mən şair deyiləm
Bu misralar müəyyən an Çingiz ömrünü xatirimdə
yaşatdı. Əlindəki videokameranı düşmən gülləsinin
düz «bəbəyinə» tuşlayan Çingiz cəsarəti, qətiyyəti
bizi elə ovsunlamışdı ki, Çingizin özünü unutmuşduq.
Onun nə torpağ ağrısından çarmıxa çəkilən ruhunu
görürdük, nə də görə-görə, bilə-bilə ölümün
qucağına can atdığı minlərlə məqamı. Çingizin
ömür payı qəribəlikdən, qeyri-adilikdən yoğrulmuşdu.
Ona görə yuxarıdakı qeyri-adi, gözəl misralar
Çingizi mənə xatırlatdı.
Çingizin o günlərdə ilk dəfə səsi ekranda eşidiləndə
özü görünmədi. Mənim yadımda belə qalıb. «İnsanlar
arasında ruh kimi yaşamanın sirrini anlaya bildiyimdən
Çingizi o dəqiqə «tanımamışdım». Sonralar təqdim
etdiyi çox proqramlar indi də qəlbimdə işıqlandıra
bilirəm. Yaddaqaln, səmimi. Torpaqcanlı Vətən
sevgili, Laçın haraylı, Şuşa nəfəsli, Xocalı
müsibətli, «20 Yanvar məhkəməsi»ni qurub düşmənə
kömək, xainləri ifşa edən və s. məzmunlu verilişlər
idi, o, bizimlə cəmi 8 ay (1991, oktyabr – 1992,
iyun) ekran vasitəsilə ünsiyyətdə oldu. Və o
8 ay Çingizin yaşadığı və hələ qərinələr boyu
yaşayacaq ömrünü bircə-bircə vərəqlədi: indiki
günlərimizə qeyrət, təpər gətirmək, gələcəyə
nəsil ötürmək şərəfinə. Mirseyidin dili ilə
desək, «yaşadığı ömür qaralamasıymış yaşayacağı
ömrün»ün.
İmperiya qoşunu 1990-cı il 19-20 yanvarda Bakının,
torpağı soyuq silahlardan isti ürəkləri ilə
qoruyaraq şəhid olduqlarından «yaşamaqlarına
vaxt qalmadı. Vaxt qalmadı Tanrıynan mübahisə»
eləsinlər. Çincizin vicdanında bir kişi təpəri
oldu ki, bu mərkli oyunların züy tutanlarını
haqq məhkəməsinə çəkdi. Özləri də hiss etmədən
o veriliş – məhkəmədə Çingiz onların xəyanətlərini
öz dilləriylə dedirtdi. Ölüncə sənə borclu qalacayıq
Çingiz!
Milli müstəqillik və demokratiya uğrunda mübarizə
apardığımız zaman tarixində Çingiz Mustafayevin
ayaq izləri aydın görünür və şərəflidir.
Xocalının qarda-çovğunda, meşədə-düzdə qırılan
minlərlə sakininə arxa oldu, yiyə durdu. Sahibsiz
qalmış sadə, silahsız camaat, körpələr, qız-gəlinlər,
qoca nənə-babalar vəhşi düşmən torpağında qalarkən
təkcə Çingiz haya yetdi, təkcə Çingiz ağı deyib
ağladı. Bir elin yasını, tabutunu Çingiz çiyninə
tək götürdü. Çingiz Xocalını beləcə lentə köçürdü.
O ərəfədə bu xidmətləri yerinə yetirərkən əvəzində
canını girov qoymuşdu. Bəlkə də hər belə ağrı-müsibətlərdən
sonra Çingiz dünyaya doğuluşundan narazı qalırmış:
Göylər qəbul etmir mənim ruhumu,
Torpaq da ayağım altından qaçır.
Çingizin ömür xatirələrini - Azadlıq mübarizəsi
yollarında keçdiyi bütün uğurları, igidlikləri,
qəhrəmanlaqları bircə-bircə sadalayıb yazmaqla
təzə heç nə söyləməmiş oluram. Sadəcə olaraq
hamıya məlum, hamının şahidi hadisələri təkrar
xatırlamaqla onun ruhunu yad edir əzizləyirik.
Və bu yazıda Azərbaycanın Milli Qəhrəmanı Çingiz
Mustafayevin həyat yollarını istedadlı şair
Adil Mirseyidin təzəcə çapdan çıxmış «Güzgüdəki
adam» şerlər kitabından götürdüyüm misraların
köməkliyi ilə aradım.
Çingiz Mustafayev 1960-cı il tarixdə Rusiya
torpağında hərbçi ailəsində doğulub. İxtisasca
həkim olub. Jürnalistika aləminə ürəyinin diqtəsiylə
gəlib. Ruhən, cismən torpaqcanlı olduğundan
hər döyüş səngərində dolanıb. Düşmən işğalını
yerindəcə lentə çəkib dünyaya yayıb. Və günlərin
birində, 1992-ci il 15 iyun tarixdə yeni bir
hücumu videolentə köçürəndə düşmən gülləsinə
tuş gəldi. Çingiz Mustafayev torpaq, Vətən,
azadlıq, milli müstəqillik, demokratiya uğrunda
– milli Azərbaycan dövləti uğrunda şəhid oldu.
İndi hamımızın əzizi olan Çingiz Mustafayev
belə ömür yaşadı. Tale payı Allahdan belə yazılıbmış.
Ruhun şad olsun Çingiz!
Almaz ÜLVİ.
«AZƏRBAYCAN» qəzeti
27 avqust 1994.