Ç.MUSTAFAYEV: «BU GÜN AYIN 16-SI. LAÇIN ŞƏHƏRİ,
SAAT 1. SƏHƏRDƏN LAÇINI BÜTÜN BURDA OLAN HƏRBİ
QÜVVƏLƏR, HƏRBİ TEXNİKA ATIB GEDİB»
16 may 1992-ci il gündüz saat 13 radələrində
Laçını qoşunlar tərk edən zaman mərhum telejurnalist
ÇİNGİZ
MUSTAFAYEVİN apardığı çəkilişin stenoqramı
I NAMƏLUM HƏRBÇİ: Döyüş başladı ha… (Söhbət
Laçın polkunun ştabında gedir)
VAQİF SADIQOV (kapitan): hamı dala verdi?
I NAMƏLUM HƏRBÇİ: Hə, yox, o qruppa. Bu qruppa
vardı ha. 1-ci yaralını gətirən kimi gözümüzün
qabağında bir dəstə qaçdı. Qalanları isə doqquz
ədəd təkərli maşın…
VAQİF SADIQOV: Mən bilirəm.
I NAMƏLUM HƏRBÇİ: Çingizə vermişəm… İki dənə
BMP oğurlayıb qaçdılar. Mən qalxdım maşın dalınca,
kömək dalınca, orda vurmağa. Gəldim ki, doqquz
dənə maşın, üç dənə BMP yoxdur.
VAQİF SADIQOV: Ayə, hamısı erməniyə qalacaq,
tez olun yubatmayın, hamısı erməniyə qalacaq,
heç nə eliyə bilmirsiniz, a mağmunlar. Gəlin
hamımız kömək eləyək, qaytaraq dala.
II HƏRBÇİ: Siz tanıyırsınız da Vaqif hər yeri,
hansı yolların haradan gəldiyini?
VAQİF SADIQOV: Bəli.
II NAMƏLUM HƏRBÇİ: Davay tankları salaq ora.
VAQİF SADIQOV: Göstərək də, göstərək, bu dəqiqə
göstərək, bir dənə yol var. İkinci yol yoxdur,
hardan gələcək? Hər tərəfi harda yol var, bağlayacağıq.
ELBRUS ORUCOV: Vaqif, Turşsuyun üstə körpü var
ha, iki dənə BMP-miz… 1 dənə BMP-miz, 1 dənə
tankımız aşdı orda.
VAQİF SADIQOV: Körpü açıqdı? Tanklar keçə bilər
ordan?
ELBURUS ORUCOV: Bu boyda körpüdür. (əli ilə
körpünün evini göstərir). Keçərik. Tanklar sürüşüb
(içəridə səs-küy qopur).
I NAMƏLUM HƏRBÇİ: Əşi BMP güclə keçir, hər tərəfdən
bu boyda yer qalır (əli ilə göstərir).
VAQİF SADIQOV: Biz gərək tankları götürüb gedək.
Qayıdaq yolu tutaq. Əşi kişisiniz, qeyrətiniz
olsun.
I NAMƏLUM HƏRBÇİ: Hə qayıdın.
II NAMƏLUM HƏRBÇİ: Ayə texnikanı qaytarmaq lazımdır
onlara.
MÜLKİ ŞƏXS: Orucov, mən xahiş edirəm… Qurban
olum, özü də siz təsəvvür edink ki, Kəöhnəkəndi
boş qoysanız, onların Turşsudan qabağını kəssəniz
də, bəridən kəssəniz də bunlar Köhnəkənddən
çıxıb burdan karidoru… Ona lazımdır əsas bu
saat karidor yaratsınlar (içəridə səs-küy qalxır
və otaqdan çıxırlar).
ÇİNGİZ MUSTAFAYEV: …qoy məni tutsunlar, erməniyə
müsahibə verəcəyəm. Mənim yanımda Rahim… cıra-cıra
bu tankları, snaryadları göndərdi hamısını bura.
Rusun ayağının altında yalvara-yalvara. Dünən
gözümün qabağında. Nəhim… cıra-cıra yazıq… bu
qədər texnika göndərdi bura, bu qədər snaryad
gəldi bura. Gündə bu qədər qrad tullanılır,
gündə bir dənə BMP atılır.
VAQİF SADIQOV: Qardaş biz heç hara getmirik,
qalırıq burda vəssalam.
NAMƏLUM HƏRBÇİ: Hara gedir, ə bu millət, hara?
ŞAKİR: Oğraşlara deyin, gedin orda deyin, a
biqeyrətlər, qayıdın Laçına. Gedək postları
tutaq təzədən. Gedin deyin… (söyüş) qayıdın
geri. Biz getmirik bu torpaqdan. Ölək, bu torpağı
verməyək.
TOPÇU: Mübariz, otur maşina, get, qardaş, o
biri qradı gətir mənim yanıma da.
ŞAKİR: (ağlaya-ağlaya): Balaca uşaqlar qalıb
orda, ay bunların (söyüş)
NAMƏLUM HƏRBÇİ: Ayə, arvad-uşaq qalıb kənddə.
VAQİF SADIQOV: Kəndlərdən bir dənə arvad-uşaq
çıxmayıb. Hamısı qalıb kəndlərdə.
TOPÇU: Sən otur maşina, qardaş, get o biri qradı
gətir mənim yanıma, vəssalam.
ÇİNGİZ MUSTAFAYEV: Belə eləmək olmaz, cəhənnəm
bir dənə BMP-dir, takdır, olmasın. Laçına bir
dənə çıxış yoxdur?
VAQİF SADIQOV: Mən partladıram buranı.
ÇİNGİZ MUSTAFAYEV : Onu ora… partlatmaq? Bir
dənə onu bura qoymaq olmaz ki? Bir dənə gedənin
beynindən vursunlar…
VAQİF SADIQOV: Mən oranı partladıram, demişəm,
qradla, vuracam kim getsə.
ÇİNGİZ MUSTAFAYEV: Mən sizə deyirəm, Rəhim şəxsən
mənə deyib, bilmirəm baxdığınız televizorda
ya yox.
VAQİF SADIQOV: Rəhimin günahı yoxdur, bu boyda
texnika göndərib, bu boyda şey göndərib.
ÇİNGİZ MUSTAFAYEV: Yox, gör mən nəyi deyirəm,
Vaqif. Dayan, dayan. Rəhim şəxsən mənə müsahibədə
dedi: «Əmrə qol çəkmişəm, hər dala gedən güllələnir
yerində».
ŞAKİR: Komandirlər güllələnsin, komandirlər
gedib…
ÇİNGİZ MUSTAFAYEV: Bir dənə tankı qoy, luboy
gedənin gülləni qoy beynindən vəssalam.
YERDƏN SƏSLƏR: Komandirlər güllələnməlidir!
VAQİF SADIQOV: Axşam gördüm bir belə millət
yığılıb, qabağını kəsdim, tək saxladım. Saxladım,
səhər boşladılar.
ÇİNGİZ MUSTAFAYEV: Orucov hanı?
VAQİF SADIQOV: Yoxdur, heç biri yoxdur burda.
YERDƏN SƏS: Pozisiyadır.
ÇİNGİZ MUSTAFAYEV: Demək Orucovu da atıb gedirik
də, əgər buradadırsa?
NAMƏLUM HƏRBÇİ: Orucov da pozisiyadadır.
ÇİNGİZ MUSTAFAYEV: Üzr istəyirəm, yox canım
bunlardan söhbət gedir. Bax bir nəfər mənə desin
burada, net ya qovaryu o deyəni. Bax bir nəfər
mənə desin ki, Bakıdan komanda gəlib ki, ya
hansısa komandirdən komanda gəlib ki, Laçını
tərk edin.
ŞAKİR: Komandirə kim ixtiyar verib ki, ştabı
buradan köçürürlər? Kim onlara ixtiyar verib?
NAMƏLUM HƏRBÇİ: Heç bir komandir yoxdur. Özləri
qaçıb… (söyüş).
YERDƏN SƏSLƏR: Özləri qaçıb!.. (söyüş).
ÇİNGİZ MUSTAFAYEV: Onu çəkmişəm narahat olma.
ŞAKİR: Vicdansızlar. Gəlib burda camaata deyirəm
qayıdın posta, hamısı deyir ki, komandir deyib.
Əyə, nəyə görə komandir desin bunu?
I NAMƏLUM HƏRBÇİ: A kişi, burada komandir yoxdur,
uşaqlar gedib vuruşub eləyirlər, vuruşub postu
alırlar.
II NAMƏLUM HƏRBÇİ: Tanklar vuruşmaq üçündür,
amma hamısı dayanıb burda.
I NAMƏLUM HƏRBÇİ: Burada heç bir komandir-zad
komanda verməyib ki, dala çəkilin, belə çəlinin,
əlinə imkan keçən aradan çıxır, əlinə imkan
düşün aradan çıxır.
TOPÇU: Məni maraqlandıran bir şeydir ki, bir
qradnan…
II NAMƏLUM HƏRBÇİ: Get bu dəqiqə qabağa, gör
nələr qaçıb. O dediyin adamlar hamısı qaçıb
III NAMƏLUM HƏRBÇİ: Heç biri yoxdur hamısı qaçıb.
ŞAKİR: Adları çəkilən, adları həmişə deyilən
oğlanlardır, qabaqda gedən…
TOPÇU: Bir qradnan buranı saxlayırıq. Bir dənə
qradnan. Kruqovoy oborona postoyannı hər yerə
vururdu. Ermənistan tərəfə də, bu biri tərəfə
də, hər tərəfə də.
IV NAMƏLUM HƏRBÇİ: Tankçılar getməyib, kim gedir
tankçılardan, ancaq o pexota… Gəl bura, gəl
bura boydan çıxan tanka bax. Sonra deyirlər
tankistlər qaçıb. Tankistlər budu hamının yanında,
bax bu cür boyda… qabaqdan şitderə bax, tankist
onu eləməzdi ki, Ekipaj itirmişik, mexaniklə
qalmışıq. Ekipaj verin. Ekipaj qalıb boyda,
hamısı. (Çingizlə çəkilişi qrupu maşınla gedirdilər
maşınlarla qarşılaşırlar).
ŞAKİR: Bizim Laçın uşaqlarıdır. Orda postaydılar.
Uje qayıdırlar Laçınıa özləri.
V NAMƏLUM HƏRBÇİ: Hansı ki, burada dururlar.
(Çəkiliş qrupu maşınla gedərkən qarşılaşdığı
kalonun qarşısını saxlayır).
(ardı var)
“MİLLƏT” qəzeti.
23 fevral 1995.