ÇİNGİZƏ DÜŞMƏN KƏSİLƏNLƏR KİMLƏR İDİ?
Mərhum jurnalist Çingiz Mustafayevin yaşadığı
evin divarında onun xatirə baralyefi açılmışdır…
Şəhidlər xiyabanını ziyarət edənlərdən bir nəfər
də tapa bilməzsiniz ki, Çingizin məzarı önündə
ayaq saxlamasın. «Fatihə» oxuyub salavat çevirən
kim, ürəkdən ah çəkib sızıldayan kim, «heyf
səndən Çingiz!» deyən kim… Sinəsinə övlad itkisinin
dağı çəkilmiş valideynlərin neçəsini görmüşəm
ki, doğmalarının məzarlarını ilə vidalaşandan
sonra Çingizin məzarına yaxınlaşıb başdaşına
oxşayıb.
Bəli, Çingiz həlak olandan bir müddət sonra
camaat başa düşdü ki, respublikanın telejurnalistikasına
necə ağır zərbə deyib. Bu əvəzsiz igid balanın
nəcib əməlləri haqqında çox deyilib, çox yazılıb.
İnanıram ki, illər keçəcək, millətimiz zillətdən,
torpaqlarımız əsarətdən xilas olacaq, yeni yetişəcək
nəsillər Çingizdən yadigar qalan lentlərə tamam
başqa gözlərlə baxacaqlar. Bəlkə onda indi itmiş
hesab olunan bəzi kasetlər də üzə çıxarılacaq.
Vətən müharibəsi salnaməsində çatışmayan səhifələr
bərpa ediləcək və Çingizə indikindən daha artıq,
daha yüksək qiymət veriləcək.
Çoxdan sübut olunmuşdur ki, bizim başımıza nə
bəlalar gəlibsə, ancaq və ancaq unutqanlılığımızdan
olub. Yaxşı olardı ki, Azərbaycan TV-nin rəhbərliyi
vaxtilə «215 KL» studiyasının bir neçə lentini
təzədən nümayiş etdirəydi. Bir görəydik ki,
bir azdan şəhidlik zirvəsinə yüksələcək Çingizə
niyə düşmən kəsilmişdilər? O nə günahın sahibi
idi ki, yalançı şüarlarla aldanmış müəyyən qrup
adamlar onu təqib etməyə başlamışdılar. Onun
hansı lentləri və çıxışları sonradan respublikanı
bəla girdabına salmış bizim başabəla demokratların
xoşuna gəlməmişdi? 1991-ci ilin 5 dekabrı. Milli
Müdafiə Nazirliyinin qarşısı nə etdiklərini
kimlərin toruna düşdüklərini bilməyən adamlarla
doludur.
Görəcək günlərimiz var imiş, məmləkətin üstünü
ölüm təhlükəsi olan bir vaxtda adlı-sanlı hərbi
mütəcxəssisi, təcrübəli sərkərdəni, əsl hərbi
peşəkarı ordu quruculuqdan, müdafiə işlərindən
uzaqlaşdırırlar. Elə bu zaman xəbər gəlir ki,
Çingiz gəlir. Kütlə onunla haqq-hesabı çürütmək
üçün hücuma keçir. Allah üzünə baxır ki, Çingiz
üzünə baxır ki, Çingiz təhlükəni duyaraq yolunu
dəyişir.
Səhəri gün, yəni 1991-ci il 6 dekabr tarixli
«Aydınlıq» qəzetində (№ 41) Nazilə Culfalı adlı
birisinin Çingizə ünvanladığı məktub dərc olundu.
Gətirəcəyim sitatlar məktubun hansı ovqan üstündə
kökləndiyini sübut edir. Bir azdan şəhidlik
zirvəsinə qalxacaq bu əvəzsiz igid telejurnalistə
görün nələr deyilib:
«Dünənə kimi barlarda, kuoublarda müxtəlif məclislərdə
«Boni M»in sədaları altında uyuyan, dünyanı
vecinə almayan, Qarabağın, odun, alovun nə olduğunu
bilməyən bu «gül bala» nə vaxtdan telejurnalist
oldu?». «Sənin sorağın ali məktəblərin diskotekalardan,
barlardan, restoranlardan gəlirdi». «Sənin kimi
belibağlıların çağırışları ilə hələ neçə-neçə
nahaq qanlar bu torpağa töküləcək». «Axı sən
kimsən ki, belə bir çağırışla ekrana çıxırsan?».
Bəli, nəyiksə, buyuq!
Nə yaxşı olardı, özlərini mücaşid, əsl vətənpərvər
sayan adamları cin atına mindirmiş o lentlər
bir də nümayiş etdiriləydi. Unutqanlıqda ad
qazanmış bu xalq biləydi ki, nə üçün nəyin üstündə
Çingiz kimi oğulun üzərinə kütləni qızışdırıb
yönəltmişdilər…
Firuz HAŞIMOV
«NAXÇIVAN» qəzeti
20 noyabr 1996.