ÇİNGİZ MUSTAFAYEV – ƏBƏDİ HƏYAT
Həyat da pyes kimidir: onun
böyük olmağı deyil, yaxşı oynanmağı vacibdir
Seneka
«Onlar məni yaraladılar. Tez kameranı götürün!
Ay Allah. Mən ölürəm?!» - deyə inildədi. Ölüm
artıq onu haqlamışdı, amma elə bil buna inanmaq
istəmirdi. Bu, onun son sözləri idi. Kamera
əlindən düşdü, lakin dayanmadı. Kamera işləyirdi,
çəkirdi. Sanki yenə o əllərdə – Çingizin əllərində
idi…
1992-ci il iyunun 15-i… həmin faciəli gündən
dörd il keçir. Lakin dörd il bundan əvvəlki
kimi indi də inana bilmirsən ki, istedadlı telerepartyor,
ən çətin anlarda belə özünü itirməyən Çingiz
Mustafayev bu həyatda, öz əziz və doğma adamlarının,
dostlarının və həmkarlarının arasında yoxdur.
O, nə siyasətçi idi, nə də sözün əsl mənasında,
jurnalist. Hələ tibb institutunda təhsil aldığı
illərdə qeyri-adi liderik istedadı ilə seçilmiş,
bənzərsiz disk-jokey kimi şöhrət qazanmışdı.
Bakıda ilk Disk-mərkəzin təşkilatçısı məhz Çingiz
olmuşdu. Heç bir tədbir – diskoteka, yaxud gənclər
müsabiqəsi onsuz keçmirdi.
… «Doktor Çingiz». Tibb institutunun son kursunda
təhsil alanda, onu Dəvəçiyə göndərdilər. Orada
sanitar həkimi işləyirdi və camaat da onu belə
çağırırdı. Çingiz doktorun vəzifəsi təmizliyə
nəzarət etmək idi. Az müddət ərzində bütün yeməkxana,
restoran, bufet və xəstəxanalarda ciddi qayda-qanun
və təmizlik hökm sürməyə başladı. Sanitariya-gigiyena
normalarına riayət etməyənlərin işi pis olurdu
– buna görə şəhərdə bəziləri Çingizi sevmirdi.
O, işinə ciddi münasibət bəsləsə də, Bakı üçün,
ürəkdən bağlı olduğu musiqi və estrada üçün
çox darıxırdı. Həftədə bir-iki gün vaxt tapıb,
Bakıya gəlir, sevdiyi işlə az da olsa, məşğul
olurdu. O vaxt Çingiz televiziyada gənclər üçün
«Ekspromt» verlişini aparırdı.
…Onlar dörd nəfər idilər. Bir-birinin sevincinə
və qəminə şərik olan dörd ayrılmaz dost… Onların
həyatında qəmə, kədərə yer yox idi. Onlar həyatı
və gəncliyi hədsiz sevir, bütün vaxtlarını musiqiyə
həsr edirdilər. Bu gəncləri məhz musiqi – İnşaat
Mühəndisləri İnstitutunda fəaliyyət göstərən
«CƏngi» ansamblı birləşdirmişdi. Rasim İmanov,
Akif Salmanov, Pərviz Əliyev və Çingiz Mustafayev.
O vaxt dördü də subay idi. Və kişi dostluğunu
pozmamaq üçün ailə qşurmağa söz vermişdilər.
Aylar, illər keçdi. Dostlar əvvəlki fikirlərini
dəyişdilər. «Əhd-peymanı» əvvəlcə Rasim pozdu,
sonra Pərviz və Akif. Yalnız Çingiz qalırdı…
80-ci illərin axırları idi. Çingiz İnşaat Mühəndisləri
İnstitutunun tələbə sanatoriyasında baş həkim
işləyirdi. O, təzə işə can-başla girişmişdi.
Qısa müddətdə sanatoriyada böyük dəyişikliklər
oldu: təmir işlərinə başladı, videosalon, bir
qədər sonra isə Disk-bar açıldı. Burada diskotekalar
təşkil edilirdi, aparıcı da Çingiz özü olurdu.
Tezliklə şəhərin bütün gəncləri bu diskotekaya
axışmağa başladılar.
…1990-cı ilin iyul ayı idi. İnşşat Mühəndisləri
İnstitutu həmkarlar ittifaqının sədri Elxan
müəllimin kabineti… O, İnstitutun «Sevinc» qrupunun
Bolqarıstana səfərinə başçılıq etməyi Çingizdən
xahiş edir. Bu vaxt institutun tələbəsi, ansamblın
solisti olan məlahətli bir qız otağa daxil olur.
Əvvəlcə səfərdən imtina edən Çingiz onu görəndə,
getməyə razılıq verir. Qatarın vaqonunda Rəfiqəni
axtarıb tapır və onunla tanış olur. Sonra da
Bolqarıstanda keçirilən unudulmaz görüşlər…
Belə görüşlərin birində Çingiz ürəyini qıza
açıb, «Sevinc» qrupu ilə səfərə çıxmasının səbəbini
ona izah edir… Sevgililər Bakıya qayıdırlar.
Nişan… Toy… Qohumların, dostların, yaxın adamların
təbrikləri…
Günlər çox sürətlə keçir. Mustafayevlərin evində
atasının iftixarı və sevinci olan kiçik Fuad
dünyaya gəlir.
1991-ci ilin oktyabrı… Çingiz yeni «215 KL»
proqrpmında telerepartyor kimi fəaliyyətə başlayır,
Qarabağda isə müharibə gedir. O, iki-üç günlüyə
Bakıya gələn döyüşçülərdən müsahibələr almır,
birbaşa qanlı hadisələrin baş verdiyi döyüş
meydanlarına yollanır. Məhz onun bənzərsiz reportajlarından
sonra biz torpağımızda başlanmış faciəni tam
durğunluğu ilə dərk etdik. Az vaxtda geniş auditoriyanın
rəğbətini qazanmış Çingiz bir nömrəli telereportyor
oldu. Biz onu gah döyüş meydanında, ğah da o
illərin «məşhur adamlarından» müsahibələr götürən
yerdə. O həmin «xadimlərin» simasından maskanı
dartıb çıxartmağa cəhd edir, onlara çoxlu sual
verirdi…
1992-ci ilin fevralı… Xocalı… Bu dəhşətli faciədən
nə qədər yazılmışdır! Lakin hər dəfə bu barədə
söhbət düşəndə, istər-istəməz o faciəni lentə
alan telerepartyor yada düşür. Nə vaxtsa televiziya
ekranından gülümsəyən bu şəçn və qayğısız oğlan
bir anın içərisində ümidsiz və məyus kişiyə
çevrildi. Çoxlarını məftun edən şən baxışlarından
əsər-əlamət qalmadı. Varlığını sonsuz kədər,
dərin iztirab bürüdü. Müharibə onu dəyişdirdi.
Xocalı, Ağdam, Laçın, Şuşa… hər dəfə yeni reportajlarla
qayıdanda, Çingiz onları ekrana çıxarmaq üçün
çox əziyyət çəkməli, bəzən qanmaz və iddialı
rəhbər işçilərlə toqquşmalı olurdu. Onu tənqid
və mühakimə edirdilər. Qəzetlər xüsusi canfəşanlıq
göstərirdilər. Bəziləri onun karikaturasını
çəkir, başqaları replikalar atırdılar. Hamıdan
çox canfəşanlıq edən qəzetlərin biri o vaxt
yazırdı: «Disk-jokey Çina nə vaxtdan telerepartyor
olub və vətənpərvər olmuşdur?» Axmaq və cəfəng
fikirdir. Belə çıxır ki, bu gün diskotekada
rəqs edən cavan oğlanlar sabah öz torpaqlarının
müdafiəsinə qalxmayacaqlar? Çingiz bu böhtan
və yalanları görməməzliyə vurub, həqiqəti xalqa
çatdırmaq üçün yorulmadan işləyirdi. O, güllə
yağışı altında qorxu bilmədən çəkirdi. O vaxta
qədər ki…
1992-ci il iyunun 13-ü… Ön cəbhədə reportaj
hazırlamaq üçün Müdafiə Nazirliyindən icazə
alan Çingiz Mustafayev, eləcə də «ANS»-in əməkdaşları,
Çingizin qardaşı Vahid Naxış və Şakir Eminbəyli
dəhşətli döyüşlər gedən Naxsivanik kəndinə hollandılar.
Döyüşü və azərbaycanlıların ermənilər tərəfindən
dağıdılmış qəbirstanlığını çəkəndən sonra Vahid
geri dönməyi təklif etdi; çəkdikləri kadrları
Moskvaya «Vesti» proqramına tez çatdırmaq lazım
idi. Bu vaxt döyüşçülərimizdən biri televiziya
üçün bir neçə söz deməkdən ötrü icazə istəyir.
Çingiz onun xətrinə dəyməmək üçün qardaşına
deyir ki, siz gedin, mən çataram. Qardaşı razılaşmır,
deyir ki, mütləq qayıtmaq lazımdır. Lakin Çingizin
sözü qətidir. Vahid və Şakir çarəsiz qalıb.
Çingizsiz qayıtmalı olurlar. Şəxsi şücaətini
ekranda nümayiş etdirmək istəyən həmir döyüşçü
Pir dağındakı erməni mövqelərinə atəş açır.
Bundan «əsəbiləşən» ermənilər bizimkiləri minomyotlardan
şiddətli atəşə tuturlar. Çingizin kamerası mərmi
partlayışları çəkmək üçün aramsız işləyirdi.
Bizimkilər itki verir, Çingiz isə çəkir və təhlükə
barədə döyüşçülərə xəbərdarlıq edirdi. Budur,
mərmi qəlpəsi onun özünü yaralayır. Əlindən
düşmüş kamera isə hələ də işləyir. «Kameranı
götürün!» - deyə o, döyüşçülərə qışqırır. Onlardan
biri kameranı götürüb və heç özü də bilmir ki,
bu saat baş verən hadisələr, danışıqlar lentə
yazılır. Kiminsə əlləri Çingizi ZTR-ə qaldırır.
Gözlənilməz partlayış maşını silkələyir. Onun
qapısı açılır və yaralanmış Çingiz yerə düşür.
İki döyüşçü onu qaldırmağa cəhd edir, lakin
erməni snayperinin güllələri onları ölümcül
yaralayır. Üçüncü döyüşçü Çingizi ZTR-ə qaldırır.
Lakin bu vaxt növbəti mərmi partlayır və ZTR-i
bərk zədələyir, döyüşçünü isə ikiyə bölür. Çingiz
ayağından yaralanır. Qanaxma dayanmır. Həmişə
Naxçivanik kəndi yaxınlığında dayanan təcili
yardım maşını da bu dəfə görünmür.
Çingiz isə ölürdü.
Bax belə qısa həyat. Parlaq yaradıcı irs. Cəmi
32 il ömür sürdü Çingiz. Lakin bu 32 ildə nələr
olmadı və o, nələr etmədi?! Çingiz bu ömrü çox
şərəflə yaşadı. Tale ona xüsusi istedad bəxş
etmişdi: yaşamaq istedadı. «Heç kəs unudulmayıb,
heç nə yaddan çıxmayıb». Onun verilişi belə
adlanırdı. Vaxt keçəcək, bu başlıq altında hələ
çox verilişlərə baxacaq, çox yazılar oxuyacağıq.
Hələ o vaxt – dörd il bundan əvvəl, heç kəsin
ağlına gəlməzdi ki, iyunun 15-də amansız ölüm
onun arzularına son qoyacaq. Biz Çingizi həmişəlik
itirəcəyimizi bilmirdik. Çingizin son verilişi
1992-ci il mayın 12-də efirə çıxdı. Sonra düz
bir ay ekranda görünmədi. Bizi narahat edən
suallara cavablarını eşitmədik. Daha üç gün
də keçdi və o, əbədiyyətə qovuşdu. Cavabı isə
Şəhidlər xiyabanındakı portiretindən baxan sükunətli
baxışı oldu.
Sevinc ƏLİYEVA
«GÜNAY» qəzeti
15 iyun 1996.