Çingiz Mustafayevin 50 illik yubileyi ilə əlaqədar jurnalistlər arasında vətənpərvərlik ruhunda ən yaxşı məqalələrin müsabiqəsi elan edilib.
Müsabiqə ANS Press Nəşriyyat Evi tərəfindən təşkil edilib
Məqalələr avqustun 10-na qədər qəbul edilir. Müsabiqədə yalnız 2010-cu il ərzində kütləvi informasiya vasitələrində yer almış məqalələrlə iştirak edə bilərsiniz. Bu, çap məhsulu və ya elektron resurslarda yerləşdirilmiş məqalələr ola bilər.
Müsabiqənin nəticələri avqustun 29-da elan olunacaq. Qaliblərə İsveçrə istehsalı olan saat və qələm hədiyyə olunacaq.
Məqalələrinizi ANS Press Nəşriyyat Evinə təqdim edin.
Ünvan: keçid 1128, məhəllə 504.
Əlaqə telefonları: 510 43 51, 510 40 23, 510 42 59. daxili nömrə 204.